About Vaksinasiya Təqvimi
Vaksinasiya Təqvimi
Peyvəndləmə uşaqların və cəmiyyətin sağlamlığının qorunmasında ən vacib profilaktik tədbirlərdən biridir. “Vaksinasiya Təqvimi” mobil tətbiqi valideynlərə və tibb işçilərinə peyvənd prosesini daha rahat, sistemli və nəzarətdə saxlamaq üçün hazırlanmışdır.
Bu tətbiq vasitəsilə istifadəçilər uşaqlar üçün nəzərdə tutulmuş milli peyvənd təqvimini asanlıqla izləyə, hər bir peyvəndin hansı yaş dövründə aparılmalı olduğunu öyrənə və vaxtında xatırlatmalar ala bilərlər. Tətbiq peyvəndlərin əhəmiyyəti, təsir mexanizmi və mümkün əks-göstərişlər barədə etibarlı və anlaşılan məlumatlar təqdim edir.
“Vaksinasiya Təqvimi” mobil tətbiqi sizə aşağıdakı imkanları yaradır:
• Uşaqlar üçün peyvəndlərin yaşa uyğun təqvim üzrə izlənməsi
• Qarşıdan gələn peyvəndlər üçün bildiriş və xatırlatmaların alınması
• Peyvəndlər haqqında qısa və aydın məlumatların əldə edilməsi
• Aparılmış peyvəndlərin qeydiyyatının saxlanılması
• Valideynlər üçün maarifləndirici tövsiyələr
Tətbiqdə təqdim olunan məlumatlar maarifləndirici xarakter daşıyır və tibbi məsləhəti əvəz etmir. Uşağın sağlamlığı ilə bağlı hər hansı sual və ya narahatlıq yarandıqda mütləq həkimə müraciət edilməsi tövsiyə olunur.
Bu proqram təminatı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinə məxsusdur.